Bədən Tərbiyəsi və İdman Günü paytaxtda geniş qeyd olunmuşdur

Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamı ilə hər il olduğu kimi, bu il də martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi geniş qeyd olunur.
Bununla əlaqədar bir çox tədbirlər keçirilmişdir.
Tofiq Bəhramov adına Respublika Stadionunun önündə Gənclər və İdman Nazirliyi müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar təşkil etmişdir.
Bayram münasibətilə keçirilən tədbirə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Böyük Britaniyanın ölkəmizdəki səfiri Kerolin Braun, Yunanıstanın, Niderlandın, Almaniyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri qatılmışlar.
Nazir müavini İ.İsmayılov və MOK-un vitse-prezdenti Ç.Hüseynzadə Azərbaycanda idmanın inkişafından, idmançılarımızın beynəlxalq səviyyədə uğurlarından danışmış və idman ictimaiyyətini təbrik etmişlər.
Veteran idmançılara hədiyyələr təqdim olunmuşdur. Sonda Gənclər və İdman Nazirliyi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi "London-2012 Olimpiya və Paralimpiya oyunlarına 500 gün" kampaniyası çərçivəsində qaçış təşkil etmişlər.
Xarici diplomatlar da yarışda iştirak etmişlər.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında