Məmmədyarovaların qələbə sevinci

Slovakiyanın Visokiye Tatrı  şəhərində  keçirilən qadınlar  arasında şahmat  üzrə  şəxsi Avropa  çempionatının üçüncü  turunda  Azərbaycan  təmsilçilərindən  Zeynəb  və Türkan Məmmədyarovalar  qələbəyə  sevinmişlər.

Bacılar  müvafiq  surətdə  çexiyalı  Tereza Rodtşteynə və  Almaniya şahmatçısı Marta Miçnaya  qalib  gəlmişlər.

Start  turlarında  ardıcıl  iki qələbə qazanmış Günay Məmmədzadə bu  dəfə ukraynalı  keçmiş  dünya çempionu Mariya Muziçukla  heç-heçəyə  razılaşmışdır.

Üç  turdan sonra 2,5  xala  malik Məmmədzadə əvvəlkitək  liderlər  qrupundadır. Məmmədyarovaların 2, Gülnar  Məmmədovanın 1,5,  Ülviyyə Fətəliyeva və  Xanım  Balacayevanın 1 xalı  var.

Turnir  cədvəlinə   başçılıq  edən gürcüstanlı Nana Dzaqnidze  və litvalı Deymante Kornett  isə  3  xal  toplamışlar.

O.BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında