Yarım xal çatmadı

Birləşmiş Ərəb  Əmirliklərində “Dubay Open – 2018” beynəlxalq  şahmat  turnirinə  yekun  vurulmuşdur. Bu yarışda  Azərbaycanın yeganə  təmsilçisi  Eltac  Səfərli sonuncu turda  qara fiqurlarla  hindistanlı S.Narayana qalib  gələrək  xal  ehtiyatını 6,5 çatdırmışdır.

Lakin  bu nəticə  turnirin  mükafatçısı olmaq üçün Səfərliyə  kifayət  etməmişdir. Şahmatçımız 7  xalla  ikinci-üçüncü yerləri  bölüşdürən  Eduardo İturrizaqa (Venesuela)  və Əhməd Ədlidən (Misir)  yarım xal geri qalmışdır.

Turnirin  qalibi  adını isə  finişə 7,5 xalla  çatan  Argentina  şahmatçısı Dieqo  Flores  qazanmışdır.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında