FİFA yeni qadağanı nəzərdən keçirir

Klublar arasında icarə müqavilələrinin qadağan edilməsini nəzərdən keçirən Beynəlxalq Futbol Federasiyası (FIFA) bunun üçün yeni komissiya yaradıb. Yeni yaradılmış komissiyada  transfer sisteminin islahatları müzakirə ediləcək.

Komissiyaya Beynəlxalq Oyunçuların Həmkarlar İttifaqı, Avropa Klubları Assosiasiyası, FIFA, həmçinin keçmiş oyunçular Kafu, Zvonimir Boban, Edvin van der Sar və Marko van Basten daxildir.

İcarə gənc futbolçuların klublarda inkişafına kömək edəcək bir vasitə kimi qəbul olunsa da, FIFA hesab edir ki, hazırda klublar transfer sistemini şəxsi maraqları üçün istifadə edirlər.

Cari mövsümdə “Yuventus” 41, “Udineze” 27, “Çelsi” 22 və “Mançester Siti” 18 oyunçu icarəyə verib.

Rövşən ATAKİŞİYEV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında