Avropa çempionatında uğurlu start

Slovakiyanın Visokiye Tatrı şəhərində keçirilən qadınlar arasında şəxsi Avropa çempionatının ilk iki turunda 144 iştirakçıdan (onlardan 77-si qrossmeysterdir) yalnız 13-ü maksimum nəticə göstərə bilmişdir.

Start turlarını itkisiz başa vuranlardan biri də Azərbaycan milli komandasının üzvü Günay Məmmədzadədir. Şahmatçımız ilk iki görüşdə slovakiyalı Alyona Mrvovaya və polşalı Anna Varakomskaya qalib gəlmişdir.

Çempionatda iştirak edən digər Azərbaycan şahmatçılarından Gülnar Məmmədova 1,5, Ülviyyə Fətəliyeva, Zeynəb və Türkan Məmmədyarovalar 1, Xanım Balacayeva 0,5 xal toplamışlar.

On bir turdan ibarət Avropa çempionatında dünən 3-cü turun görüşləri keçirilmişdir. Məmmədzadə bu dəfə Mariya Muziçuka (Ukrayna) qarşı oynamışdır.

Oqtay  BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında