“Rusiya və İran öz nüfuzlarından istifadə etməlidirlər”

Avropa Birliyi Bəşər Əsəd rejiminin Dumada kimyəvi hücum həyata keçirməsini sərt şəkildə qınayıb. Strateq.az yazır ki, məlumata görə, qurum hücuma görə Suriya hökumətinin məsuliyyət daşıdığını bildirib.

AB yaydığı açıqlamada beynəlxalq ictimaiyyəti hücuma cavab vermək üçün hərəkətə keçməyə çağırıb.

“Əsəd rejiminin tərəfdarları olan Rusiya və İran gələcək hücumların qarşısını almaq üçün öz nüfuzlarından istifadə etməlidirlər”, – açıqlamada deyilir.

Qeyd edək ki, Şərqi Qutanın müxaliflərin nəzarətindəki Duma ərazisinə kimyəvi silahla edilən hücum zamanı 80 nəfərin öldüyü, minlərlə insanın isə zəhərli qazın təsirindən xəstəxanalara çatdırıldığı bildirilib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında