Azərbaycan şahmatçılarının uğurları

Dünən Türkiyənin Kahramanmaraş şəhərində başa çatmış beynəlxalq  turnirin  baş  mükafatını  Azərbaycan  şahmatçısı  Vüqar Rəsulov qazanmışdır. Qrossmeysterimiz 30-dan çox iştirakçının mübarizə  apardığı  turnirdə 9  mümkün  xaldan 6,5  xal  toplamışdır.

Daha  bir  təmsilçimiz – beynəlxalq  usta Misrəddin İsgəndərov,  habelə  türkmənistanlı Meilis Annaberdiev  və  Gürcüstan  şahmatçısı Giqa Quparadze də  Rəsulovla  eyni nəticə  göstərmiş,  ancaq  əlavə  göstəricilərə  görə  ondan  geri  qalmışlar. İkinci yeri İsgəndərov  tutmuş,  üçüncü  mükafatı isə Annaberdiev  qazanmışdır.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında