Naxçıvan qrossmeysterləri gözləyir

Artıq xəbər  verdiyimiz  kimi, aprelin 30-dan mayın 10-dək Azərbaycan xalqının ümummilli lideri Heydər  Əliyevin  anadan olmasının 95-ci  ildönümünə həsr  edilən “Nakhchivan Open – 2018” beynəlxalq şahmat  festivalı  keçiriləcəkdir.

İndi  həmin xəbərə  əlavə  olaraq  bildirmək  istərdik ki,  festivalın “A”  turnirində  iştirak  etmək  istəyən  qrossmeysterlər,  beynəlxalq  ustalar və  FİDE  ustalarının  sayı gündən-günə  artır.

Chess-results.com  saytında   verilmiş  siyahıda  artıq 20-yə  qədər  şahmatçının  adı var. Onların yarısı Azərbaycan  şahmat məktəbinin  yetirmələri, təxminən  yarısı isə  xarici  ölkə  təmsilçiləri – qrossmeysterlər  Aleksey Aleksandrov,  Vadim Malaxatko (hər ikisi Belarus),  İlya Smirin (İsrail), Sergey Tivyakov (Hollandiya),  İqor Xenkin (Almaniya), Oleq Korneyev (İspaniya)  və Vasilios Kotroniasdır (Yunanıstan).

Şübhəsiz,  ənənəvi  turnirə qalan iyirmi  gün ərzində bu  siyahı  daha  da  genişlənəcəkdir.

O.BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında