Ayovada ABŞ – Azərbaycan finalı

ABŞ-ın Ayova şəhərində keçirilmiş sərbəst güləş üzrə Dünya  Kuboku yarışının final görüşündə turnir sahibləri və onların azərbaycanlı qonaqları  qarşılaşmışlar.

Turnir iştirakçıları ilkin mərhələdə iki  qrupda  mübarizə aparmışlar. Azərbaycan millisi “B” qrupunda rəqiblərinə  heç  bir ümid yeri qoymamışdır. Kuba yığmasını 8:2, Qazaxıstan komandasını 9:1 və monqolustanlı rəqiblərini 7:3  hesabı ilə  məğlubiyyətə uğradan  güləşçilərimiz qrupda birinci yeri  tutub finalda “A” qrupunun (ABŞ, Gürcüstan, Yaponiya,  Hindistan) qalibi  ABŞ komandası ilə  görüşmüşlər.

Gərgin  mübarizə  şəraitində  davam  etmiş final matçı ABŞ komandasının  qələbəsi ilə  başa  çatmışdır – 6:4. Azərbaycan millisi okeanın  o  tayından ölkəmizə Dünya  Kuboku turnirinin ikinci  mükafatçısı kimi  qayıdır.

Qeyd edək ki,  indiki müvəffəqiyyət Dünya Kuboku  yarışlarının  ikiqat  qalibi (2004 və 2009-cu illərdə) və  ötənilki turnirin üçüncü  mükafatçısı Azərbaycan komandasının belə  turnirlərdə dördüncü  nailiyyətidir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında