İdman xəbərləri Azərbaycan üçlüyü və Rusiya "Uraloçka"sı

Azərbaycan üçlüyü və Rusiya "Uraloçka"sı
İdman aləmində nadir bir hadisə yaşanır. Qadın komandaları arasında Avropa Voleybol Konfederasiyanın "Çelenc kuboku" turnirində mübarizəni davam etdirən dörd klubdan üçü Azərbaycan təmsilçisidir. Üstəlik də, yarımfinal görüşləri hələ keçirilməsə də artıq məlumdur ki, finalçılardan ən azı biri məhz bizim komanda olacaq.
Almaniyanın "Şveriner" klubunu evdə də, səfərdə də məğlubiyyətə uğradıb yarımfinal "stansiyasına" birinci çatan "Lokomotiv"in müvəffəqiyyətini ertəsi gün "Azərreyl" və "İqtisadçı" da təkrar etdilər. Bu klublarımız da dörddəbir final mərhələsinin hər iki görüşündən qalib ayrılmışlar. "Azərreyl" Finlandiyadakı kimi "Sərhədçi" Olimpiya İdman Mərkəzində də "Salo"dan güclü oyun nümayiş etdirmiş (3:0), "İqtisadçı" isə "Kralovo pole" üzərində Bakıda qazandığı qələbənin təsadüfi olmadığını Çexiyada cavab görüşündə sübuta yetirmişdir (3:2).
İndi qarşıda yarımfinal görüşləri durur. Bu mərhələdə "Lokomotiv" - "İqtisadçı" rəqabətinin necə nəticələnəcəyindən asılı olmayaraq ölkəmiz kubokun finalında təmsil olunacaq. "Azərreyl" isə Rusiyanın "Uraloçka" (Yekaterinburq) komandası ilə qarşılaşacaq. Bu isə o deməkdir ki, bakılıların qalib gələcəyi halda Avropa "Çelenc kuboku"nda Azərbaycan finalının şahidi olacaq.

{nl}


Yolun yarısı keçildi
İranın Məşhəd şəhərində 230 rəqibin, o cümlədən 25 qrossmeyster, 15 beynəlxalq usta, 10 FİDE ustasının iştirakı ilə keçirilən 19-cu beynəlxalq "Fəcr" turnirində yolun yarısı artıq arxada qalmışdır. Mükafat fondu 40 min dollar olan (bu məbləğin 10 mini qalib üçün nəzərdə tutulmuşdur) yarışda altı turdan sonra Azərbaycanın üç şahmatçısından ikisi liderlər qrupunda irəliləyir.
Nicat Məmmədov və Qədir Hüseynov hərəyə 5 xal toplamışlar. Altıncı turda Məmmədov ukraynalı Aleksandr Moiseyenko ilə heç-heçə oynamış, Hüseynov isə iranlı rəqibinə qalib gəlmişdir.
Digər təmsilçimiz Loğman Quliyevin hesabat turunda İran şahmatçısı ilə görüşdə məğlubiyyətdən sonra liderlər qrupundan çox geri düşdüyünü də qeyd edək. Altı turdan sonra o, 3,5 xalla turnir cədvəlinin 76-cı pilləsindədir. Yarışın vahid lideri isə 5,5 xala malik hollandiyalı Sergey Tivyakovdur. Məmmədov və Hüseynov kimi, daha bir qrup iştirakçı liderdən yarım xal geri qalır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında