“Real” və “Bavariya” yarımfinalda?

Futbol pərəstişkarları bu suala bir həftədən sonra  qəti cavab alacaqlar.  UEFA Çempionlar Liqası turnirinin dörddəbir final mərhələsinin birinci  raundunun ilk iki oyununda  İspaniyanın “Real” (Madrid) və Almaniyanın  “Bavariya” komandaları yarımfinal  yolunda  özlərinə  əla zəmin  yaratmışlar.

“Kral klubu” İtaliyanın Turin şəhərində  türkiyəli hakim Çüneyt Çakırın idarə etdiyi oyunda  “Yuventus”u ağır məğlubiyyətə uğratmışdır – 3:0. Oyunun qəhrəmanı isə iki  qolun  müəllifi Kriştianu Ronaldu olmuşdur.

“Bavariya” da rəqib meydanında qələbə qazanmışdır.  Almaniya  təmsilçisi İspaniyanın Sevilya şəhərində eyniadlı yerli kluba 2:1  hesabı ilə  qalib  gəlmişdir.

Madrid və  Münhendə  cavab görüşləri  aprelin 11-də oynanılacaq.

O.BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında