Finişə bir dövrə qalır

Topaz Premyer Liqasında 21-ci turun “Kəpəz”–“Zirə” (0:0), “Qarabağ”–“Keşlə” (1:1), “Qəbələ”–“Sumqayıt” (1:1) və “Neftçi”–“Səbail” (2:0) görüşləri ilə üçüncü dövrə başa çatmışdır. İndi rəqibləri çempionatın finişindən cəmi bir dövrə ayırır.

Ötən turdan sonra çempionluğa əsas namizədlərin göstəriciləri arasındakı fərq dəyişməmişdir. “Qarabağ” (50 xal) turnir cədvəlində ən yaxın izləyicisi “Qəbələ”dən (40) əvvəlkitək 10 xal irəlidədir.

Əvəzində bürünc medallar uğrunda mübarizə getdikcə daha kəskin şəkil alır. Bu gün üçüncü pillədə irəliləyən “Sumqayıt”ın 35, dördüncü yerdə olan “Zirə”nin 34 xalı var. “Neftçi” isə növbəti qələbədən sonra xal ehtiyatını 30-a çatdıraraq bürünc medallara iddiaçılara bir qədər də yaxınlaşmışdır.

Dördüncü dövrənin oyunları aprelin 7-də (“Qarabağ”–“Səbail”, “Kəpəz”–“Keşlə”) və 8-də (“Neftçi”–“Sumqayıt”, “Zirə”–“Qəbələ”) keçiriləcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında