Karlsendən sonra Məmmədyarov

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci il aprelin 1-nə olan vəziyyətə görə reytinq cədvəlini dərc etdirmişdir. Ötən ay Berlində dünya şahmat tacına iddiaçıların turnirində ikinci nəticə göstərmiş azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2814 xalla əvvəlkitək norveçli dünya çempionu Maqnus Karlsendən (2843) sonra ikinci pillədədir.

Siyahıda birinci onluğa Karlsen və Məmmədyarovla yanaşı, həmçinin Fabiano Karuana (ABŞ, 2804), Vladimir Kramnik (Rusiya, 2792), Maksim Vaşye-Laqrav (Fransa, 2789), Hikaru Nakamura (ABŞ, 2787), Uesli So (ABŞ, 2786), Din Lijen (Çin, 2778), Sergey Karyakin (Rusiya, 2778) və Aniş Giri (Hollandiya, 2777) daxildirlər.

Xüsusi qeyd edək ki, hazırda dünyanın ən yüksək reytinqli on qrossmeysterindən altısı–Karlsen, Məmmədyarov, Kramnik, Karyakin, Giri və Lijen Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr edilən V beynəlxalq turnirdə (18-28 aprel) oynayacaqlar. Onlardan başqa xatirə turnirində, artıq xəbər verdiyimiz kimi, Veselin Topalov (Bolqarıstan), David Navara (Çexiya), habelə Teymur Rəcəbov və Rauf Məmmədov da çıxış edəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında