Azərbaycan şahmatçıları Tbilisidə

Bu günlər Tbilisidə qadın şahmatçılar arasında rapid üzrə Avropa çempionatı keçirilir. On bir turdan ibarət turnirin mükafatları uğrunda 85 rəqib, o cümlədən 42 qrossmesyter mübarizə aparır.

İştirakçılar arasında Azərbaycan şahmat məktəbinin yetirmələri Ülviyyə Fətəliyeva, Aydan Höccətova, Səbinə İbrahimova, Nərmin Söyünlü, Gövhər Beydullayeva, Mələk İsmayıl və Məhluqə Zülfüqarlı da vardır.

Çempionatın birinci günü beş turun görüşləri keçirilmişdir. Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni hərəyə 3 xal toplayan Höccətova və Söyünlü göstərmişlər. Lider mövqeyinə isə 4,5 xalla Bela Kotenaşvili (Gürcüstan) yüksəlmişdir.

Avropa çempionatının qalib və mükafatçıları bu gün keçiriləcək növbəti altı turun görüşlərindən sonra məlum olacaq.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında