Sabah: Karuana–Karlsen

Almaniyanın Karlsrue şəhərində Gerenke Chess Classik beynəlxalq şahmat turniri start ərəfəsindədir. Yarışın mükafatları uğrunda 10 qrossmeyster, o cümlədən norveçli dünya çempionu Maqnus Karlsen (2843) mübarizə aparacaq.

Turnirdə Azərbaycan milli komandasının üzvü Arkadi Naydiç (2701) də çıxış edəcək. Onun rəqibləri isə Karlsenlə yanaşı Levon Aronyan (Ermənistan, 2794), fransız Maksim Vaşye-Laqrav (2789), noyabrda Londonda dünya tacı uğrunda matçda Karlsenin  rəqibi olacaq Fabiano Karuana (ABŞ, 2784),  hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anand (2776), Nikita Vityuqov (Rusiya, 2735), Hou İfan (Çin, 2654), almanlar Georq Mayer (2648) və Mattias Bülbaumdur (2631).

Birinci turun oyunları martın 31-də keçiriləcək. Startda Karuana–Karlsen görüşü daha böyük maraqla gözlənilir. Naydiç isə  Vaşye-Laqrava  qarşı oynayacaq.

 

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında