Karlsenlə Karuana oynayacaq

Almaniyanın paytaxtı Berlində dünya şahmat tacına iddiaçıların turniri Fabiano Karuananın qələbəsi ilə başa çatmışdır. Sonuncu turda rusiyalı Aleksandr Qrişuka qalib gələn ABŞ şahmatçısı 14 mümkün xaldan 9 xal toplayaraq bütün rəqibləri üçün əlçatmaz olmuş və hazırkı dünya çempionu norveçli Maqnus Karlsenlə matçda tac uğrunda mübarizə aparmaq hüququ qazanmışdır.

Azərbaycanlı qrossmesyter Şəhriyar Məmmədyarov 8 xalla finişə ikinci çatmışdır. Üçüncü yeri tutan Sergey Karyakin də (Rusiya) bir o qədər xal toplamışdır. Şəxsi görüşlərin nəticələrinə görə Şəhriyar ondan üstün olmuşdur (qələbə və heç-heçə).

Turnir cədvəlində sonrakı beş yer bu ardıcıllıqla bölüşdürülmüşdür: Din Lijen (Çin)–7,5, Vladimir Kramnik və Aleksandr Qrişuk (hər ikisi Rusiya)–6,5, Uesli So (ABŞ)–6 və Levon Aronyan (Ermənistan)–4,5 xal.

Dünya şahmat tacı uğrunda Karlsen–Karuana matçı noyabrda Londonda keçiriləcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında