Karuana, Məmmədyarov, yoxsa Karyakin?

Berlində keçirilən dünya şahmat tacına iddiaçıların turnirinin 13-cü  turunun nəticələri: Şəhriyar Məmmədyarov (Azərbaycan) – Aleksandr Qrişuk (Rusiya) – 1:0, Fabiano Karuana (ABŞ) – Levon Aronyan (Ermənistan) – 1:0.  Uesli So (ABŞ) – Sergey Karyakin (Rusiya) – 0,5:0,5,  Din Lijen (Çin) – Vladimir Kramnik (Rusiya) – 0,5–0,5.

Son tur ərəfəsində lider Karuananın 8, onun ən yaxın izləyiciləri Məmmədyarovla Karyakinin 7,5 xalı var.

Noyabrda Londonda hazırkı dünya çempionu Maqnus Karlsenlə tac uğrunda  matçda  qarşılaşacaq rəqib bu gün keçiriləcək sonuncu turda müəyyənləşəcək. Yeganə vəsiqəyə sahib olmaq imkanını özündə  saxlayan Məmmədyarov finişdə qaralarla Kramnikə qarşı oynayacaq, həmçinin Qrişuk – Karuana, Karyakin – Lijen və Aronyan – So görüşləri keçiriləcəkdir.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında