Son iki addım

Bu gün Berlində dünya şahmat tacına iddiaçıların turnirində sonuncudan əvvəlki, 13-cü turun görüşləri keçiriləcəkdir. Noyabrda Londonda tac uğrunda matçda hazırkı dünya çempionu norveçli Maqnus Karlsenin rəqibinin kim olacağı da ağır yarış məsafəsinin məhz son metrlərində müəyyənləşəcək.

On iki turdan sonra turnir cədvəlinə hərəyə 7 xalla Sergey Karyakin (Rusiya) və Fabiano Karuana (ABŞ) başçılıq edirlər. Üçüncü-beşinci yerləri bölüşdürən azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov, rusiyalı Aleksandr Qrişuk və çinli Din Lijen 6,5 xal toplamışlar. Vladimir Kramnikin (Rusiya) 5,5, Uesli Sonun (ABŞ) 5, Levon Aronyanın (Ermənistan) 4 xalı var.

Bugünkü turda Məmmədyarov ağ fiqurlarla Qrişuka qarşı oynayacaq, həmçinin So–Karyakin, Karuana–Aronyan və Lijen–Kramnik görüşləri keçiriləcəkdir.

O. BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında