Qrossmeysterin qələbələr seriyası

Rauf Məmmədov Gürcüstanın Batumi şəhərində artıq finişin astanasında olan 11 turdan ibarət şəxsi Avropa çempionatında ardıcıl dördüncü qələbəsinə sevinmişdir. Səkkizinci turda onun dəqiq gedişləri rusiyalı David Paravyanı çıxılmaz vəziyyətə salmışdır.

Bu qələbədən sonra Məmmədov finişə  mükafatçılar sırasında çatmaq və 300-dən çox rəqibin mübarizəsində ilk 23 yerdən birini tutub Dünya Kuboku turnirinə vəsiqə qazanmaq imkanını xeyli artırmışdır. Son üç tur ərəfəsində 6 xalla bir qrup iştirakçı ilə birlikdə beşinci-onuncu yerləri bölüşdürən Rauf turnir cədvəlinin ilk dörd pilləsində qərar tutmuş israilli Tamir Nabati, ingilislər Con Qaveyn, LükMakşeyn və polyak Radoslav Voytaşekdən yarım xal geri qalır.

Turnirdə iştirak edən Azərbaycan şahmat məktəbinin digər yetirmələri arasında daha yaxşı nəticə göstərən Qədir Hüseynov və Eltac Səfərli 5,5 xal toplamışlar.

Oqtay  BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında