Avropa çempionatında yolun yarısı keçildi

Gürcüstanın Batumi şəhərində keçirilən kişilər arasında şahmat üzrə Avropa çempionatının iştirakçıları 6-cı turun oyunları ilə yarış məsafəsinin birinci yarısını başa vuraraq bir günlük istirahətə çıxmışlar.

Azərbaycan təmsilçilərindən hələlik ən yaxşı nəticəni Qədir Hüseynov göstərmişdir–4,5 xal. Altıncı turda ispaniyalı Xayme Santos üzərində qələbədən sonra xal ehtiyatını 4-ə çatdırmış Rauf Məmmədov da liderlər qrupuna yaxınlaşmışdır.

Sabah keçiriləcək 7-ci tur ərəfəsində Hüseynov 5 xalla turnir cədvəlinə başçılıq edən Tamir Nabatidən (İsrail) yarım xal geri qalır. Liderlə Məmmədov arasındakı fərq isə bir xala bərabərdir.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında