Səfərdə uğursuzluq

Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının futbolçuları 2019-cu il Avropa çempionatının seçmə yarışları çərçivəsində növbəti oyun keçirmişlər. Millimiz Mitrovitsa şəhərində Kosovo komandasının qonağı olmuşdur.

Oyun 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatmışdır. Bu rəqiblərin çıxış etdikləri 5-ci qrupda həmin gün keçirilmiş digər görüşdə isə Almaniya futbolçuları İsrail komandasını üç cavabsız qolla məğlubiyyətə uğratmışlar.

Qrupda lider 6 oyunda 15 xal toplamış Almaniya komandasıdır. Azərbaycan futbolçuları 1 xalla sonuncu yerdədirlər. Bu qrupa Azərbaycan, Kosovo, Almaniya, İsrail yığmaları ilə yanaşı Norveç və İrlandiya komandaları da daxildirlər. Yığmamız növbəti oyunu martın 27-də rəqib meydanında İrlandiya futbolçularına qarşı keçirəcəkdir.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında