Layiqli liderlərin görüşü

Bu gün Berlində dünya şahmat tacına iddiaçıların turnirinin 10-cu turu çərçivəsində keçiriləcək Şəhriyar Məmmədyarov (Azərbaycan)–Fabiano Karuana (ABŞ) görüşü hər iki rəqib üçün mühüm əhəmiyyət kəsb edir və bütün şahmat aləminin diqqət mərkəzində olacaq.

Qrossmeysterlər turnir məsafəsinin arxada qalan hissəsində inamla çıxış etmişlər. Bugünkü oyun ərəfəsində 6 xalla liderlik edən Karuana ən yaxın izləyicisi Məmmədyarovdan yarım xal irəlidədir. Hazırda onların hər ikisi turnirin qalibi olmağa real namizəddir. Beynəlxalq şahmat dairələrində mütəxəssislər Məmmədyarovla Karuananın layiqli liderlər olduqlarını yekdilliklə qeyd edirlər.

Almaniya paytaxında turnirin birinci dövrəsində ağlarla Karuananın oynadığı görüş heç-heçə nəticələnmişdir. Bu dəfə isə ağ fiqurları döyüşə Məmmədyarov aparacaq.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında