Leonel Messi: Dünya çempionatı – 2018 bizim üçün son şansdır

“Rusiya Federasiyasında təşkil olunacaq futbol üzrə 2018-ci il dünya çempionatı bu titulu qazanmaq istəyən argentinalı futbolçuların indiki nəsli üçün son imkan olacaq”. TASS informasiya agentliyinin məlumatına görə, bu fikri Argentina milli komandasının kapitanı və İspaniyanın “Barselona” klubunun hücumçusu Leonel Messi səsləndirib.

Otuz yaşlı Messi jurnalistlərə açıqlamasında deyib: “Təəssüf ki, bizim üçün nəticə çox önəmlidir. Əgər indi biz çempion olmasaq, heç bir zaman bu titulun sahibi ola bilməyəcəyik”.

O qeyd edib ki, dünya çempionatında iştirak edəcək Argentina yığmasının oyunçuları Serxio Aquero, Qonzalo İquain, Anxel di Mariya, Nikolas Otamendi, Xavyer Maskerano kimi təcrübəli oyunçular 30 və daha yuxarı yaş həddindədirlər.

Məlumat üçün deyək ki, Argentina yığması 2014-cü ildə dünya çempionatının finalına çıxmış və Almaniya komandasına 0:1 hesabı ilə məğlub olmuşdu. Yeri gəlmişkən, Amerika kuboku finallarında isə Çili yığmasına uduzmuşdu. Bununla bağlı Leonel Messi deyib: “Bu matçlardan sonra xalqımızın arzusunu həyata keçirə bilmədiyimiz üçün mən çox ağladım. Görünür ki, üç final bizim üçün tamamilə faydasız oldu. Lakin mən inanıram ki, biz kuboku başımızın üzərinə qaldıra bilərik. Bizim bunun üçün kifayət qədər təcrübəli futbolçularımız var. İndi Argentina millisinin heyətində təmsil olunan futbolçuların əksəriyyəti Avropanın aparıcı futbol klublarında çıxış edirlər. Onların təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, əzmkarlıq nümayiş etdirərək biz kuboku qazana bilərik”.

Qeyd edək ki, Leonel Messi “Barselona” klubunun heyətində səkkiz dəfə İspaniya çempionu, beşqat İspaniya kubokunun və 4 dəfə Çempionlar Liqasının qalibi olub. Argentinalı ulduz futbolçu həmçinin 5 dəfə “Qızıl top” mükafatına layiq görülüb. O, Argentina yığmasının tərkibində 2008-ci ildə Pekində keçirilmiş Olimpiya oyunlarının da qalibi olub. Hücumçu son üç dünya çempionatında iştirak edib və bu turnirlərdə argentinalılar ən yaxşı nəticəni 2014-cü ildə Braziliyada  nümayiş etdiriblər. Onlar həmin çempionatda gümüş medal qazanıblar, Messi isə turnirin ən yaxşı oyunçusu adına layiq görülüb.

Xatırladaq ki, futbol üzrə dünya çempionatı bu il iyunun 14-dən iyulun 5-dək Rusiyada keçiriləcək. Argentina yığması  İslandiya, Xorvatiya və Nigeriya komandaları ilə eyni qrupda mübarizə aparacaq.

Mahmud QƏRİBOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında