İki qələbə, iki heç-heçə

Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında dörd turdan sonra Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni Qədir Hüseynov göstərmişdir–3 xal.

Liderdən bir, ikinci yerdən yarım xal geri qalan qrossmeysterimiz dörd görüşdən ikisində türkiyəli Dəniz Özənə və İsrail şahmatçısı Tal Barona qalib gəlmiş, daha ikisində isə Giorgi Boqaturov (Gürcüstan) və Aleksandr Belyavski (Sloveniya) ilə heç-heçə oynamışdır.

Digər şahmatçılarımızdan Eltac Səfərli, Nicat Abasov, Nail Bəşirli, Məhəmməd Muradlı və Elşad Abdullayev 2,5 xal toplamışlar.

On bir turdan ibarət çempionatda bu gün beşinci raundun görüşləri keçiriləcək. Hüseynov bu dəfə Boqdan-Daniel Deaca (Rumıniya) qarşı oynayacaq.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında