Şəhid ailələrinin Novruz tədbiri

İçərişəhərdə Novruz bayramı münasibətilə keçirilən tədbirdə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri  Q.Paşayeva şəhid ailələrini bayram münasibətilə təbrik edib. O, “şəhidlərimiz kimi, onların anaları, xanımları, övladları da bizim üçün çox qiymətlidir və onlar bütün  məclislərdə bu gün burada olduğu kimi xüsusi diqqətimizdə olmalıdır”- deyib və şəhidlərimizin və onların ailələrinin qəhrəmanlığından geniş danışıb.

Hər bir qəhrəman şəhidimiz haqqında söhbət açan millət vəkili Q.Paşayeva Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən ətraflı danışıb və ”belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik”- deyib. Q.Paşayeva bildirib ki, böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün hər birimiz fəal olmalıyıq. Bu istiqamətdə işlər görmək üçün  yeni yaradılmış “Aprel 2016- Şəhid ailələrinə dəstək“ İB   təşkilatının həmtəsisçisilərini təbrik edən və uğurlar diləyən millət vəkili Q.Paşayeva onların gənclərimiz arasında vətənpərvərlik ruhunun gücləndirilməsində, şəhid ailələrimizlə bağlı məsələlərdə hər zaman fəal olacaqlarına inandığını diqətə çatdırıb..

“Aprel 2016 Şəhid ailələrinə dəstək “İB  həmtəsisçisi, qəhrəman şəhidimiz Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə, təşkilatın digər həmtəsisçisi, jurnalist Aida Eyvazlı çıxış edərək dövlətin şəhid ailələrinə diqqət və qayğısını xüsusi vurğulayıblar və  yeni yaradılan təşkilatın da  şəhid ailələrini hər zaman diqqətdə saxlayacağını bildiriblər.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında