Salyan rayonunda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir

Salyan rayonu Heydər Əliyev adına Meydanda xalqımızın ən gözəl bayramı olan, özündə milli-mənəvi dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir.

Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Rayon İcra hakimiyyətinin  başçısı Sevindik Hətəmov bayram tədbirində çıxış edərək min illər boyu xalqımız tərəfindən qeyd edilən milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibəti ilə bütün qonaqları və rayon əhalisini təbrik etmiş, hər bir ailəyə ruzi, bərəkət, bol sevinc arzulamışdır. Bayram tonqalı rayon İcra hakimiyyətinin başçısı tərəfindən alovlandırılmışdır.

Rayon rəhbərliyi və qonaqlar meydanda təşkil edilmiş xalq tətbiqi sənət nümunələrindən ibarət sərgilərə, cəngi sədaları altında idmançıların rəngarəng çıxışlarına baxmış, rayonun milli mətbəx və folklor nümunələri ilə tanış  olmuşlar.   Meydana Novruzun personajları olan Kosa və Keçəlin daxil olması alqışlarla qarşılanmışdır. Ulu Dədə Qorqud və Bahar qızı qəlblərə sevinc, fərəh və təravət gətirən Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik etmişlər.

Bayram tədbiri rayon mədəniyyət və incəsənət ustalarının, rəqqasların rəngarəng  konsert proqramları ilə davam etdirilmişdir.

 

Səməd Hüseynoğlu,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında