Sumqayıtda bilik müsabiqəsi keçirilib

Sumqayıt şəhər Təhsil şöbəsi və Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Qələbəyə doğru” adlı bilik - test müsabiqəsi keçirilib.

Müsabiqənin əvvəlində təhsil mütəxəssisi Gülbahar Haqverdiyeva və   Gənclərlə iş sektorunun baş məsləhətçisi Pərvin Rəsulov çıxış ediblər. Onlar əsası ümummili lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən,  gənc nəslə göstərlən diqqət və qayğıdan danışıblar. Qeyd olunub ki, məqsəd “Azərbaycan gəncliyi 2017 – 2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaqdır. Bildirilib ki, Sumqayıtda da gənclərin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılmış, müasir tələblərə cavab verən yeni obyektlər istifadəyə verilmişdir.

Müsabiqədə şəhərin 47 orta ümumtəhsil məktəbinin VII-XI siniflərini təmsil edən 81 şagird öz bilik və bacarığını sınayıb. Gərgin şəraitdə keçən bilik mübarizəsinin sonunda Cahangir Hüseynov birinci , Rəşad Suleymanov və Rüstəm Həbibov ikinci,    Fərid Balamiyev və Rüfət Əmirov üçüncü yerlərə layiq görülüblər. Qaliblərə Baş İdarənin fəxri fərman, hədiyyə və medalları təqdim edilmişdir. Onlar Bakı şəhərində təşkil olunacaq final turunda Sumqayıtı təmsil edəcəklər.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”    

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında