Cocuq Mərcanlı: Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin kollektivi işğaldan azad olunmuş kəndə səfər edib.

Bu günlərdə Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin kollektivi Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.

Qonaqlar əvvəlcə Horadiz-Cocuq Mərcanlı avtomobil yolunun kənarında “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Sonra  Cocuq  Mərcanlıya gələn qonaqlar kənddə aparılmış abadlıq və yenidənqurma işləri ilə tanış olublar.

Novruz bayramı münasibəti ilə kənd klubunda keçirilən tədbirdə çıxış edən regional İdarənin rəisi Elçin Hüseynov işğaldan azad olunmuş torpaqlara gəldikləri üçün böyük qürur hissi keçirdiyini qeyd edərək, burada yaşamağın, işləməyin böyük fədakarlıq, vətənpərvərlik nümunəsi olduğunu bildirib. Diqqətə çatdırılıb ki, düşmənin xarabalığa çevirdiyi Cocuq Mərcanlı Prezident İlham Əliyevin sərəncamlarına əsasən qısa vaxtda yenidən qurulub, bütün infrastruktura malik abad qəsəbəyə çevrilib.

Tədbirdə regional idarənin  incəsənət ustaları Əlikiram Bayramov, Vüsal Zamanov, Səxavət Əsgərov, Elman Məmmədov, Gülnarə Qarabağlı və Cəngi Xalq kollektivi geniş konsert proqramı ilə çıxış ediblər.

Cəbrayıl rayon İcra hakimiyyəti başçısının müavini Fəridə İbayeva kütləvi tədbir təşkil edərək kənd sakinlərinə mənəvi dəstək olduqlarına görə idarənin kollektivinə minnətdarlığını bildirib.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında