Şəmkirdə imtiyazlı 1200 ailə bayram sovqatı aldı

Hər il olduğu kimi bu il də Şəmkirdə imtiyazlı ailələrə bayram payları təqdim olunub. Rayon icra hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev çıxış edərək tədbirə toplaşanları Azərbaycan xalqının əsrlər boyu qoruyub yaşatdığı, mütərəqqi adət və ənənələri özündə yaşadan Novruz Bayramı münasibəti ilə təbrik edib, ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini vurğulayıb.

Bayram ilə əlaqədar Şəmkir rayonunda şəhid, əlil, kimsəsiz və aztəminatlı ailələrə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə, bütövlükdə 1200-dən çox ailəyə bayram payları təqdim edilib.

Tədbirdə çıxış edən rayon sakinləri Novruz bayramı münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında