“Turizm markasının araşdırılmasında beynəlxalq təcrübə”

Azərbaycan Turizm və Menecment Universitetində “Biznes idarəçiliyi” fakültəsi və “Marketinq” kafedrasının birgə təşkilatçılığı ilə turizm sahəsində çalışan  işçilər və universitet tələbələri üçün “Turizm markasının yaradılmasında beynəlxalq təcrübə” mövzusunda iki günlük təlimlər təşkil olunub.

Marketinq kafedrasının müdiri Anar Eminov təlimin məqsədi haqqında məlumat verib: “Turizm sənayesində fəaliyyət göstərən və ya karyerasını bu istiqamətdə quracaq tələbələr yeni innovativ yanaşmaları izləməli, beynəlxalq standartlara cavab verəcək şəkildə fəaliyyətlərini planlaşdırmalıdırlar. Başlıca vəzifə turizm potensialının  tələbinə uyğun ixtisaslı kadr şəbəkəsinin formalaşdırılmasına nail olub, onu yüksək keyfiyyətli turizm xidməti halına gətirməkdən ibarətdir”.

“Biznes idarəçiliyi” fakültəsinin dekanı Anar Mirzəyev deyib ki, təlimin növbəti günündə tədris prosesinin elektron, telekommunikasiya, proqram - texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasına müvafiq olaraq, skype vasitəsilə xarici ekspertlərin mühazirələrinin təşkil edilməsi nəzərdə tutulub. Bu, universitetin tədris sisteminə yeni tətbiq etdiyi “Boston modelinin” tərkib hissəsidir.

 Türkiyədən gəlmiş ekspert Azmi Arslan “Turizmdə yeni markaların yaradılması” mövzusunda çıxışı ilə təlim iştirakçılarını yeni marka strategiyalarının qurulması metodları ilə tanış edib. Bununla yanaşı Azərsun Holdinq Süd Məhsulları qrupunun şöbə müdiri Elşən Əmirov, xarici ekspert Bilge Işıkkent, ATMU-nun əməkdaşı Uğur Babayevin çıxışları dinlənib.

Təlimin sonunda fəal  iştirakçılar sertifikatlarla mükafatlandırılıb.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında