İcra hakimiyyətinin başçısı gəncləri Murovdağa yola saldı…

Onların hər birinin üz-gözündən sevinc, qürur hissi oxunurdu. Eyni hissi rayon rəhbəri də keçirirdi. Zarafat deyil, bir azdan Murova yola düşəcəkdilər. O Murova ki, hazırda bu şaxtalı-qarlı havada vətənimizin keşiyini çəkən əskərlərimiz var. Məgər bu əziz günlərdə, Novruz bayramı ərəfəsində onları yad etməmək olarmı?! Deməli, bayramı bir yerdə keçirəcəkdilər. Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov yaxşı dedi ki, əskərlərlə bir bayram süfrəsi arxasında əyləşməyiniz düşmənə vurulan ən ağır zərbədən də güclüdür...

Söhbət Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi, “Böyük Yol” Gənclərin İctimai Birliyinin təşkilatçılığı ilə Murovdağ ərazisində yerləşən “N” saylı hərbi hissəyə bayramı bir yerdə keçirmək üçün yola düşən gənclərlə keçirilən görüşdən gedir. Rayon rəhbəri dedi:

-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsi istiqamətindəki gərgin və səmərəli fəaliyyəti öz bəhrəsini verməkdədir və bütün Azərbaycan xalqı cənab Prezidentin bu səylərini qətiyyətlə dəstəkləyir. Biz də hər zaman dövlətimizin bu siyasətinə dəstək olmalı, əsgərlərimiz onların yanında olduğumuzu bilməli və hiss etməlidirlər . Bu gün Şəmkir gənclərinin atdığı bu addım olduqca tədqirəlayiqdir. Evindən, ailəsindən uzaq olan əsgərlərlə bayramı birlikdə keçirməkdən gözəl hiss ola bilməz. Cənab Prezidentimiz tərəfindən ölkəmizdə ordu quruculuğu prosesi uğurla davam etdirilir və Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Biz də bu güclü ordumuza sevgimiz və qayğımızla dəstək olmalıyıq.

Əskərlərimizə bayram sovqatı aparan və orada konsert proqramı ilə çıxış edəcək gənclər beləcə Murovdağa yola düşdülər.

 

         Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında