Ağstafada müayinə olunanların sayı 25 min nəfəri keçdi

Ölkə Prezidentinin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinədən keçirilməsi işi Ağstafada yüksək səviyyədə təşkil olunub. Fevralın 10-dan başlanan bu vacib tədbirlə əlaqədar müvafiq komissiya yaradılmış, kollektivlər və ərazilər müəyyənləşdirilmişdir.

Əhalinin müayinədən keçirilməsi üçün həkim briqadaları yaradılmış və həmin briqadalar şəhər, qəsəbə və kəndlərdə əhalinin müayinəsini həyata keçirir. Xəstəlik aşkar olunmuş vətəndaşlar ambulator və stasionar müalicəyə cəlb olunurlar. Bəzi xəstələr isə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilir. Bu günədək Ağstafada 25 min nəfərdən çox əhali tibbi müayinədən keçmişdir. Bunlardan 2062 nəfəri ambulator, 39 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 36 nəfəri isə ixtisaslaşmış tibbi müəssisələrə göndərilmişdir.

Qeyd edək ki, rayon icra hakimiyyətinin bu işə xüsusi nəzarət etməsi, ortaya çıxa biləcək problemlərin operativ qaydada həll edilməsi, hər cür texniki-təşkilati tədbirlərin görülməsi Ağstafada tibbi müayinənin yüksək səviyyədə keçməsinə imkan yaradır.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında