Lerikdə “Ölkəmizi tanıyaq” tur-aksiyasına start verildi

Lerik şəhərindəki Heydər Əliyev meydanında rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və valideynlərin iştirakı ilə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonun fəal məktəblilərindən bir qrupunun  Quba, Qusar və Xaçmaz rayonlarına   yolasalma mərasimi keçirilib.

Təhsildə nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər X-XI sinif  şagirdi və onları müşayiət edən bir neçə müəllim dörd gün ərzində tur-aksiyanın proqramına uyğun olaraq şimal bölgəsinin rayonlarına səyahət edəcək, tarix və mədəniyyət abidələri, görməli yerlər və sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlərlə yaxından tanış olacaq, müxtəlif tədbirlərdə iştirak edəcəklər.

Mərasim iştirakçıları öncə Heydər Əliyev meydanında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Tur-aksiya iştirakçılarını yolasalma mərasimində çıxış edən icra hakimiyyətinin məsul əməkdaşı Əlipənah Bayramov  ölkəmizdə gənclərə göstərilən dövlət qayğısı, bu sahədə rayonda görülmüş işlər barədə məlumat verib, məktəblilərə yaxşı yol arzulayıb. Şagirdlərin ölkəmizi daha yaxından tanıması üçün yaradılan şəraitə görə Azərbaycan  Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq duyğuları ifadə edilib.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”  

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında