Fərdi uçot sistemində hesabı olanların sayı 3 597 367 nəfərə çatıb

Cari ilin fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində əlavə olaraq qeydiyyata alınan sığortaolunanların sayı 11852 nəfər təşkil edib.Bununla da fondun fərdi uçot sistemində şəxsi hesaba malik şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 166 068 nəfər artaraq 2018-ci il, martın 1-nə 3 597 367 nəfərə çatıb.

Qeydiyyata alınmış hər bir sığortaolunana onların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması, tələb edilən mühüm məlumatların toplanılması üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açılıb. Həmçinin  uçota alınmalarını, adlarına fərdi şəxsi hesabın açıldığını təsdiq edən sosial  sığorta şəhadətnaməsi rəsmiləşdirilərək onlara təqdim olunub. Sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini ƏƏSMN-nin “Sığortaolunanın onlayn uçota alınması” adlı elektron xidməti vasitəsilə həyata keçirmək mümkündür və indiyədək bu e-xidmətdən 867 min dəfə istifadə edib.

Vətəndaşlar onlar üçün açılmış fərdi şəxsi hesablarda məcburi dövlət sosial sığorta haqları formasında gələcək pensiya və digər sosial müdafiə hüquqlarına malik olmaları üçün pensiya kapitalı toplamaq imkanı əldə edirlər. Bu hesablarda toplanan pensiya kapitalı barədə müntəzəm olaraq məlumat öyrənmək, sosial sığorta ödənişlərinin mütəmadi həyata keçirilməsinə nəzarət etmək üçün Nazirliyin “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti sığortaolunanların istifadəsindədir. Vətəndaşlar bu vaxta qədər həmin e-xidmətdən 600 min dəfə faydalanıblar.  ​​

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında