Kimyaçı alimin 80 illik yubileyi

Ölkəmizdə koordinasion birləşmələr kimyası sahəsində görkəmli alim, “Şöhrət” ordenli, Kataliz və qeyri-üzvi Kimya İnstitutunun şöbə və laboratoriya müdiri, akademik Əjdər Əkbər oğlu Məcidovun 80 yaşı tamam olur. Görkəmli alimin elmi fəaliyyətinin əsas istiqaməti metalların paramaqnit liqandlarla və bir elektronlu oksidləşməyə potensial meyli olan liqandlarla komplekslərinin sintezi, onların quruluşu, xassələri, reaksiyayagirmə qabiliyyəti və katalitik aktivliyinin tədqiqi ilə əlaqədardır. Onun rəhbərliyi ilə aparılmış metalların xelatlaşdırıcı stabil radikallarla komplekslərinin sintezi, onların quruluşu və xassələrinin tədqiqi sahəsindəki tədqiqatlar koordinasion birləşmələr kimyasının və homogen katalizin yeni istiqamətinin yaranması üçün təməl olmuşdur.

www.science.az saytının məlumatında deyilir ki, akademik tərəfindən ilk dəfə olaraq tərkibində stabil radikal saxlayan liqandlarla metalların kristallik kompleks birləşmələri sintez edilmiş, onların kristal və molekulyar quruluşu öyrənilmiş, paramaqnit mərkəzlər arasındakı məsafə təyin edilmişdir.

Kimyaçı alim  220-dən artıq elmi əsərin və 25 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi ilə 1 elmlər doktoru və  18 fəlsəfə doktoru  hazırlanıb.

Akademik Əjdər Məcidovun elmi araşdırmaları beynəlxalq elmi ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilib. O, Beynəlxalq Paramaqnit Rezonansı cəmiyyətinin üzvü seçilib.

 

V. BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında