Salyan rayonunda “Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edəcək məktəblilərin yola salınmasına həsr olunmuş görüş keçirilmişdir

     13 mart 2018-ci il tarixində Salyan rayonunda “Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edəcək məktəblilərin yola salınmasına həsr olunmuş görüş keçirilmişdir.Görüşdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, məktəblilər, valideynlər, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. 

Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov  görüşdə çıxış edərək maarifləndirici tur-aksiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədi ilə həyata keçirildiyini bildirmiş, onlara bu aksiyada uğurlu yol və xoş istirahətlər arzulamışdır.


Çıxış edən məktəblilər layihədə iştirak etdiklərinə görə böyük qürur hissi keçirdiklərini söyləmiş, tur-aksiya zamanı Quba,Qusar və Xaçmaz rayonları barədə hərtərəfli biliklər qazanacaqlarını, bu yerlərin tarixi məkanlarına ekskursiyanı böyük səbirsizliklə gözlədiklərini bildirmişlər.


 Tur-aksiyada iştirak edəcək məktəblilərin valideynləri çıxış edərək bu günün övladlarının həyatında əlamətdar bir gün olduğunu, onların bu tur-aksiyaya böyük sevinc və fərəh hissi ilə qoşulduqlarını vurğulamış, onlara bu sevinci yaşatdığına görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında