ƏƏSMN-də növbəti məlumat mübadiləsi təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin icrası işlərinə və “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində təlim səfərlərinin nəticələrinə dair “Məlumat mübadiləsi saatı” keçirilib.

 Nazir Səlim Müslümov diqqətə çatdırıb ki, aztəminatlı ailələrin yoxsulluqdan çıxışına və kiçik ailə biznesinə keçidinə imkan verən özünüməşğulluq proqramının icrası işləri  bu il daha geniş müstəvidə davam etdirilib.

S.Müslümov aktiv məşğulluq tədbirlərinin təşkilində beynəlxalq əməkdaşlıq müstəvisində icra olunan layihələrin də əhəmiyyətini vurğulayıb: “BMT İnkişaf  Proqramı ilə birgə icra etdiyimiz  “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi bu sahədə fəal dəstək rolunu oynayır. Layihə ilk dəfə işaxtaran ali təhsilli gənclərə qabaqcıl beynəlxalq təcrübədən irəli gələn SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə sınanmış iş axtarışı bacarıqlarının aşılanması məqsədinə xidmət edir. Bu layihə çərçivəsində ötən dövrdə Bakı, Sumqayıt, Masallı və Gəncə şəhərlərində fəaliyyət göstərən SYSLAB Təlim Mərkəzlərində ümumilikdə 640 nəfər gənc təlimlərə cəlb olunub və öyrədilən müasir iş axtarışı bacarıqları sayəsində onlardan 85 faizi müxtəlif müəssisələrdə münasib iş yeri ilə təmin ediliblər”. Ötən il və cari ilin iki ayında nazirliyin xətti ilə münasib işlərlə təmin olunanlardan 33,3 faizinin, peşə hazırlığı təşkil olunanlardan 60 faizə yaxın hissəsinin gənclər olduqları bildirilib.

Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin müavini Alessandro Frakasetti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi üzrə görülən işlərə dair təqdimatla çıxış edib.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında