ƏƏSMN-də görülən işlər kollegiya iclasında müzakirə edilib

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlarla cari ilin əvvəlindən 1 milyon 256 min nəfər pensiyaçının pensiyası, ünvanlı sosial yardım alan ailələrdəki ailə üzvlərindən ibarət olmaqla 400 min insana yönələn sosial yardımın, habelə 2018-ci il martın 1-dən 621 min nəfərə müxtəlif növ müavinətlərin (o cümlədən 60 min nəfərə Azərbaycan Prezidentinin təqaüdlərinin), 846 min nəfərin əmək haqlarının artırılması təmin edilib. Sosial ödənişlər üzrə artımların təmin edilməsi üçün il ərzində ayrılması nəzərdə tutulan əlavə vəsait 600 milyon manat təşkil edir.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci ilə dair fəaliyyətinin yekunlarına və fondun qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclasında vurğulayıb.

 S.Müslümov diqqətə çatdırıb ki, cənab Prezidentin tapşırığına uyğun olaraq, sosial proqramlar yüksələn xətlə davam etdirilib. İndiyədək nazirliyin xətti ilə mənzillə təmin edilən əlil və şəhid ailələrinin sayı 6,1 minə çatdırılıb.

Ötən il pensiyanın orta aylıq məbləği 208,4 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,3 faiz artaraq 233,61 manata çatıb.

Ölkədə 1 milyon 318 min 446  nəfər əmək pensiyası alır.

 Nazirlik  yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artaraq 3399,84 milyon manata, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artaraq 2084,44 milyon manat təşkil edib. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 64,20 faizini təşkil edib və bu da 2016-cı illə  müqayisədə 11,05 faiz çoxdur.

Hesabat ilində qəbul edilən “İşsizlikdən sığorta haqqında” Qanuna əsasən, cari ilin əvvəlindən işsizlikdən sığorta sisteminin yaradılması aztəminatlı ailələrin daha geniş şəkildə aktiv tədbirlərə cəlb olunmasına imkan yaradıb. Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağın, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacağın və reabilitasiya müəssisəsinin fəaliyyətə başlaması sosial xidmətlərin əhatə dairəsini xeyli genişləndirib.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında