Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulacaq

Əkinçiliyin inkişafı sahəsində həyata keçirilən tədbirlər sırasında müasir meliorasiya və irriqasiya sistemlərinin qurulması mühüm əhəmiyyət daşıyır. Hər il muxtar respublikada bu istiqamətdə silsilə tədbirlər görülür, mütərəqqi suvarma şəbəkələri qurulur, yeni torpaq sahələri əkin dövriyəsinə qatılır. Bu il də Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulacaqdır. 

Martın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qapalı suvarma şəbəkəsinin layihəsinə və  tikinti aparılacaq əraziyə baxmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat vermişdir ki, qapalı suvarma şəbəkəsi "Bərəkət Toxumçuluq" Məhdud Məsuliyyətli Cəmiyyətinin 410 hektar əkin sahəsində qurulacaqdır. Layihəyə uyğun olaraq ərazidə 2065 metr dəmir borularla ana xətt, 6402 metr magistral xətt, 42 min 303 metr plastik borularla paylayıcı suvarma şəbəkəsi və qurunt sularının axıdılması üçün 3 min metr açıq kollektor çəkiləcəkdir. Xətlərin üzərində 7 sutənzimləyici siyirtmə, 449 hidrant və 70 suburaxıcı quraşdırılacaqdır. Həmçinin bu il Kəngərli rayonunun Yeni Kərki və Xok kəndlərinin torpaq sahələrini əhatə edən qapalı suvarma şəbəkəsindəki hidrantlarda supaylayıcı hovuzlar qoyulacaq, ərazidə boru xətti çəkiləcək və yeni hidrantlar quraşdırılacaqdır. Ümumilikdə tikinti işləri zamanı 100 nəfər işlə təmin olunacaqdır. 

Ali Məclisin sədri təməli qoyulan qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi nəticəsində yeni torpaq sahələrinin əkin dövriyəsinə qatılacağını bildirmiş, bu münasibətlə tədbir iştirakçılarını təbrik edərək demişdir: Bu gün muxtar respublikada 160 min hektar əkinəyararlı torpaq sahəsinin 62 min hektarından istifadə olunur ki, onun da cəmi 52 min hektara yaxını suvarılan ərazilərdir. Ona görə də muxtar respublikada suvarılan torpaqların sahəsinin genişləndirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması və ərzaq təhlükəsizliyinin təmin olunması qarşıda duran əsas vəzifələrdəndir. Hazırda muxtar respubilkada əsas ərzaq məhsullarına olan tələbat yerli istehsal hesabına ödənilir. Lakin muxtar respublikanın ehtiyat taxıl fondu kənardan alınır. Mütərəqqi suvarma sistemlərinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyəsinə qatılması ilə bu problem də tamamilə həll olunacaqdır. Muxtar respublikanın illik taxıla olan təlabatı 150 min tondur. Buna görə də taxıl sahələrinin genişləndirilməsinə diqqət yetirilməli, yeni torpaq sahələri əkin dövriyəsinə qatılmalı, əkilən torpaqların məhsuldarlığı artırılmalıdır.

Ali Məclisin sədri demişdir: Əkinəyararlı torpaqların suvarılması qarşıda duran əsas vəzifələrdəndir. Qapalı suvarma şəbəkəsinin qurulması da yeni torpaq sahələrini əkin dövriyəsinə qatmaqla yanaşı, həm də iş yerlərinin yaranmasına, torpaqların normalara uyğun suvarılmasına, şoranlaşmanın qarşısının alınmasına, bol məhsul istehsalına və təlabatın yerli istehsal hesabına ödənilməsinə imkan verəcəkdir.  Ona görə də tikinti işləri keyfiyyətli aparılmalı, bütün mühəndis-texniki tələblərə ciddi əməl olunmalıdır.

Ali Məclisin sədri bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulamış, tikinti zamanı istifadə olunacaq materiallara baxmışdır. Bildirilmişdir ki, tikinti aparılarkən ərazinin relyefi və iqlim şəraiti nəzərə alınacaq, keyfiyyət amilinə xüsusi diqqət yetiriləcək, ölkəmizdə istehsal olunan plastik borulardan və digər materiallardan istifadə olunacaqdır.

Ali Məclisin sədri ərazidə qapalı suvarma şəbəkəsinin qurulmasını payız əkin dövrünə qədər başa çatıdırılması, toxumçuluq təsərrüfatında taxılla yanaşı, digər kənd təsərrüfatı bitkilərinin əkilməsi və toxuma olan tələbatın ödənilməsi barədə tapşırıqlar vermişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında