Nəsimi məktəbliləri yaz tətilini Naxçıvanda keçirəcəklər

Dördüncü ildir ki, ölkə Prezidentinin tapşırığına əsasən, məktəb tətilləri zamanı “Ölkəmizi tanıyaq” devizi ilə gerçəkləşdirilən yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı tur-aksiyalarında paytaxtın Nəsimi rayonunun şagirdləri də fəal iştirak etmişlər. Builki  yaz tətilini Naxçıvan Muxtar Respublikasında keçirəcək qrupun səfəri ilə bağlı hazırlıq tədbirləri artıq başa çatdırılmışdır.

Rayon məktəblilərlərinin muxtar respublikaya təşkil olunmuş növbəti maarifləndirici turu ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətində keçirilən görüşdə aksiyanın vətənpərvərlik məramı və yaratdığı nadir imkandan daha çox yararlanmaq barədə ətraflı söhbət açılmışdır.

Novruz bayramı əhvalı üstündə qurulmuş toplantıda çıxış edən Nəsimi RİH-in başçısı Asif Əsgərov məktəblilərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısının gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü ardıcıl və sistemli işlərdən danışmışdır. Son illərdə “Ölkəmizi tanıyaq” tur-aksiyalarının təşkilinin də yeni nəslin hərtərəfli inkişafına dövlət qayğısının yüksək nümunəsi olduğunu vurğulayan natiq qeyd etmişdir ki, doğma Azərbaycanın ayrı-ayrı guşələrini məktəblilərin daha yaxşı tanınmasına gözəl şərait yaradan bu tur aksiyalara rayon rəhbərliyi ciddi önəm verir və hərtərəfli dəstək göstərir.

Görüşdə bildirilmişdir ki, ölkə Prezidentinin xoş məramı ilə 2014-cü ilin noyabr ayından başlayaraq  Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 9–11-ci siniflərində təhsil alan 200-dən çox şagird Naxçıvan MR-in, Quba–Xaçmaz və Lənkəran– Astara zonalarının rayonlarında  tur-aksiyalarda olmuşdur. RİH-də yaradılmış qərargah növbəti aksiyanın təşkili məsələlərini də yüksək səviyyədə həll etmiş, səfərə gedəcək qrupa təhsili və davranış nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilmişdir. Yeniyetmələr Naxçıvanın görməli yerlərində olacaq, Heydər Əliyev Mərkəzi, tarixi abidələr, muzeylər,  məşhur məkanlarla   yaxından tanış olacaqlar.

240 saylı məktəbin direktoru Esmira Məmmədova, valideynlər Zəfər Hüseynov və Maarif Abbasov uşaqlara göstərilən yüksək diqqət və qayğıya görə  minnətarlıqlarını bildirmiş, qrupa yaxşı yol arzulamışlar.

Görüş Nəsimi məktəblilərinin “Ölkəmizi tanıyaq” himni, şən mahnı və rəqslərin ifası ilə davam etmişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında