Biləsuvar rayonunun daha 2 kəndinə içməli su verildi

Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq Biləsuvar rayonunun daha 2 yaşayış məntəqəsinin – Xırmandalı və Bəydili kəndlərinin su problemi həll edilib.  

Yeni su xətlərinin açılış mərasimində rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi. İcra hakimiyyətinin başçısı Mahir Quliyev son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri, aparılan abadlıq-quruculuq işləri barədə məlumat verərək bildirdi ki, ən böyük kəndlərdən olan Xırmandalıda 9960, Bəydili kəndində isə 6750 nəfərlik əhalinin içməli suya olan təlabatı tam ödəniləcək. Hər iki kəndə çəkilən xəttə içməli su Şirvan-Muğan qrup su kəmərinin Biləsuvar şəhərinə daxil olan hissəsindən verilir. Kəndlərə bu məqsədlə 14,2 kilometr uzunluğunda müxtəlif diametrli borular çəkilmişdir. Xırmandalı kəndində daimi istifadə üçün 52 bulaq, Bəydili kəndində isə 25 bulaq quraşdırılmışdır.

“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov çıxış edərək bildirdi ki, ölkə Prezidentinin sərəncamına uyğun olaraq nəzərdə tutulan işlər sürətlə davam etdirilir. Növbəti aylarda digər kəndlərin də içməli su təchizatı təmin olunacaq. Kənd sakinləri göstərilən qayğıya görə minnətdarlıqlarını bildirdilər. Sonda suyun verilməsini göstərən bulağın rəsmi açılışı oldu.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında