Xızıda yeni avtomobil yolu tikilir

Xızı rayonunun Giləzi–Xızı (34 kilometr)–Fındığan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə və sürətlə yenidənqurma işləri aparılır.

Agentlikdən verilən məlumata görə, başlanğıcını respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun 34-cü kilometrdən götürən yerli əhəmiyyətli Fındığan yolunun uzunluğu 5 kilometrdir və IV texniki dərəcəlidir.

Kənd yolu əvvəllər torpaq-çınqıl örtüklü olub. Bu isə kənd əhalisinin, xüsusən payız-qış aylarında rayon mərkəzinə gediş-gəlişində müəyyən çətinliklərə gətirib çıxarırdı. Lakın yolun əsaslı şəkildə Dövlət Agentliyi tərəfindən yenidən qurulması ilə bu çətinliklər artıq geridə qalır.

Tikinti layihəsinə uyğun olaraq sözügedən yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Yolun normativ eninin alınması üçün müxtəlif hissələrdə sol tərəfdə süxurların mexanizmlə kəsilməsi, həmçinin yolun torpaq yatağının bərpası üçün yararsız qruntun qazılması və çınqıl materialı ilə yolun genişləndirilməsi işləri aparılır. Yeni yol yatağının tikintisi bitən ərazilərdə optimal qum-çınqıl qarışığından istifadə edilərək yeni yol əsasının tikintisi də görülür.

Yolun altından suların ötürülməsini təmin etmək məqsədi ilə 64 paqon-metr dəmir boruların, həmçinin müxtəlif diametrli 162 paqon-metr dəmir-beton boruların quraşdırılması işləri də görülüb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında