Qazaxda təşkil edilən yarmarka əhalinin razılığına səbəb olub

          Novruzun gəlişi ilə əlaqədar Qazaxda təşkil olunan yarmarka əhalinin böyük razılığına səbəb olub. Çünki burada məhsulların çeşidi bol, qiymətlər isə adi bazar qiymətlərindən xeyli ucuzdur.Ötən şənbə və bazar günləri də yarmarkaya gələnlərin sayı xeyli çox olub, əhalinin tələbatına uyğun olaraq satışa müxtəlif çeşiddə məhsullar      çıxarılıb. 

          Artıq dördüncü həftədir ki, keçirilən yarmarkada rayon sakinləri üçün çeşidləri müxtəlif olan məhsullar satışa çıxarılır. Keyfiyyətləri yüksək olan məhsulların qiymətləri bazarla müqayisədə 20-30 faiz ucuzdur. Məsələn, burada quzu əti 8 manata, dana əti isə 6 manat 50 qəpiyə satılır. Şəhər bazarında bu qiymətlərə ət almaq mümkün deyil.

          Rayon sakinləri və qonaqlar iki gün ərzində çeşidi müxtəlif olan ərzaq və kənd təsərrüfatı, ət və ət məhsulları almış, bayram bazarının xidmətindən yararlanmışlar.   Alış-veriş edən sakinlər qiymətlərin ucuz olmasından, məhsulların çeşidinin çoxluğundan razı qaldıqlarını, Novruz yarmarkasının keçirilməsinə görə Ölkə Başçısına minnətdarlıqlarını bildirmişlər.

          Qeyd edək ki, rayon icra hakimiyyətinin yaratdığı xüsusi komissiya yarmarkanın təşkilinə və yüksək səviyyədə keçirilməsinə ciddi nəzarət edir.        

          Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında