Şəmkir: rayon rəhbəri qiymətlərlə maraqlandı və konkret tapşırıqlar verdi

-Yarmarka açmaq elə bir problem də deyil. Əsas məsələ satışa çıxarılan məhsulların çeşidinin bol, qiymətlərinin bazar qiymətlərindən ucuz olmasıdır…

Bu sözləri Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov şəhərin 20 yanvar küçəsində təşkil olunmuş yarmarkaya baş çəkərkən müvafiq strukturların rəhbərlərinə deyib. Rayon rəhbəri qeyd edib ki, əhalinin bayramqabağı hər cür kənd təsərrüfatı və ərzaq məhsulları ilə təmin etmək üçün bütün imkanlardan istifadə olunmalıdır.

Məlumat üçün bildirək ki, Şəmkirdəki satış yarmarkada yerli fermerlər və məhsul istehsalçıları tərəfindən alıcılara müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilib. Burada əsasən, rayonda istehsal olunan ət və süd məhsulları, balıq, quş əti, yumurta, meyvə-tərəvəz, bayram çərəzləri satışa çıxarılıb. Məhsullar alıcılara bazar qiymətlərindən 10-20 faiz ucuz təklif olunur.        

Rayon icra hakimiyyətinin təşəbbüsü ilə təşkil edilən yarmarka bayram ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına tələbatının daha dolğun ödənilməsi və süni qiymət artımının qarşısının alınması, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaq məqsədi daşıyır.    

Yarmarkada alıcılar, eyni zamanda satıcılarla söhbət edən icra hakimiyyətinin başçısı burada onlar üçün yaradılmış şəraitlə, məhsulların keyfiyyəti, sakinlərinin rəy və təklifləri ilə maraqlanıb. İcra başçısı yarmarkada süni qiymət artımının qarşısının alınması və qiymətlərin tənzimlənməsi , satışa çıxarılan məhsulların satış qiymətinə gün ərzində nəzarət olunması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.   

Yarmarkaya 5 tondan artıq mal, qoyun və quş əti, 2 ton süd və süd məhsulları, yumurta, bal, 10 tondan çox alma və armud, qoz, fındıq və şabalıd, 8 ton soğan, 15 ton kartof, həmçinin buğda, arpa, qarğıdalı, müxtəlif növ göyərtilər və digər məhsullar çıxarılıb.

Alıcılar rayon rəhbəri ilə söhbət zamanı yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən razı qaldıqlarını demiş, ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirmişlər.

 

                   Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında