Əmək haqqı ödənilməsi qaydaları ilə bağlı seminar keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Abşeron rayonunda “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar” mövzusunda seminar keçirib.

İşəgötürənlərin nümayəndələrinin iştirakı ilə keçən tədbirdə öncə əmək haqqının verilməsinin müddətləri ilə bağlı əmək qanunvericiliyində əksini tapan prinsiplərdən bəhs olunub. Əmək haqqının illik dövr üçün hesablanan işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməli olduğu, kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətlərinin də müəyyən edilə bildiyi diqqətə çatdırılıb. Əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyi hallarla bağlı qanunvericiliyin tələbləri barədə də iştirakçılar ətraflı məlumatlandırılıb.

Seminarda əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası da qeyd olunub, əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması ilə bağlı hüquqi prinsiplər diqqətə çatdırılıb.

İştirakçıların müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulunun ödənilməsi, işçinin müəssisənin gəlirindən pay almaq hüququ, qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərə digər təminatların verilməsinin tənzimlənməsi qaydaları və s. barədə sualları da cavablandırılıb.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında