Yeni onlayn tədris modulu təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (MİS) tərkibində nazirliyin əməkdaşları üçün yeni onlayn tədris modulu hazırlanıb. Bu formada ilk təlim nazirliyin MİS-in funksional imkanlarına və alt sistemlərinə aid olub.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov fəaliyyət sahələrində müasir yanaşmalar əsasında səmərəli iş üsullarının tətbiq edilməsinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dövlət qurumları qarşısında müəyyən olunan vəzifələrdən biri olduğunu vurğulayıb. Bildirib ki, nazirliyin avtomatlaşdırılmış sistemlərinin mərkəzləşdirilmiş qaydada idarə edilməsi və onlardan vahid pəncərə prinsipi ilə  istifadə məqsədilə isə MİS yaradılaraq istifadəyə verilib. Təlim kurslarının bu formada keçirilməsi bir tərəfdən qeyd olunan təlimlərin operativ təşkil olunmasına, digər tərəfdən nazirlik əməkdaşlarının öz iş yerlərindən ayrılmadan, hər hansı məsafə qət etmədən və vaxt sərf olunmadan bu təlimləri izləyərək onlardan faydalanmasına imkan verir.

Nazir hazırki təqdimatın özünün də yeni təlim modulu vasitəsilə təşkil edildiyini və ilk təlimdə  nazirliyin MİS funksional imkanları və alt sistemlərinə dair təqdimatın edilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Təqdimat zamanı yeni onlayn tədris modulu, nazirliyin fəaliyyət istiqamətlərinin elektronlaşdırılması, vətəndaş-məmur təmasının minimallaşdırılması, vətəndaş məmnunluğunun artırılmasında növbəti addım kimi Məşğulluq alt-sisteminin (Məşğulluq AS) nəzərdə tutulan funksional imkanları barədə məlumatlar verilib.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında