Salyan rayonunda “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə təntənəli bayram tədbiri keçirilmişdir

Salyan şəhərindəki “Kür” şadlıq evində “8 Mart - Beynəlxalq Qadınlar günü” münasibətilə bayram tədbiri keçirilmişdir.Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarında çalışan, ictimai-siyasi həyatda fəal iştirak edən qadınlar, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbirdə çıxış edərək qadınları bayram münasibətilə təbrik etmiş, ölkəmizdə qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətdə tutduqları yüksək mövqedən söz açmış, Azərbaycan qadınlarının hər zaman müsbət dəyərləri, yüksək mənəvi-əxlaqi xüsusiyyətləri ilə seçildiyini vurğulamışdır. Tədbirdə Rayon İcra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkənin ictimai həyatında səmərəli fəaliyyətinə görə və “8 Mart – Beynəlxalq Qadınlar günü” münasibətilə “Tərəqqi” medalı ilə təltif olunmuş Mərkəzi rayon xəstəxanasının həkimi Ağabəyova Nərmin Hakim qızını təbrik etmiş, medalı ona təqdim etmişdir.

Tədbirdə iştirak edən bütün qadınlara, o cümlədən şəhid analarına, Qarabağ veteranlarının ailələrinə rayon İcra hakimiyyəti başçısı tərəfindən  qiymətli bayram hədiyyələri təqdim edilmişdir.

Bayram tədbiri rayon incəsənət ustalarının iştirakı ilə müşayiət olunmuşdur.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında