Ağstafada hər şənbə keçirilən iməciliklər dəstəkləndi

Bu barədə icra hakimiyyəti başçısı yanında Şuranın növbəti iclasında məsələ müzakirə olunmuş və konkret qərar qəbul edilmişdir. İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin sədrliyi ilə keçən iclasda rayonun baş memarı Sənan Mustafayev «Ağstafa şəhərində, qəsəbə və kəndlərdə əhalinin, idarə, müəssisə və təşkilatlarda çalışanların iməcilik keçirmək təşəbbüslərinin dəstəklənməsi, inzibati və sosial binaların ərazisində abadlıq işlərinin mütəmadi aparılması və yaşıllıqların mühafizəsi işinin təmin edilməsi» barədə məlumat vermişdir.

Qeyd edək ki, neçə vaxtdır hər həftə Ağstafa şəhərində, o cümlədən kənd və qəsəbələrdə iməciliklər keçirilir və əhali bu təşəbbüsə həvəslə qoşulur.

                  

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında