“Qadınlar kişilərlə bərabər hüquqlara malikdirlər”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 8 Mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar nazirlikdə çalışan qadınların iştirakı ilə tədbir keçirilib. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Beynəlxalq Qadınlar günü münasibətilə nazirliyin qadın əməkdaşlarını təbrik edib, onlara xoş arzularını çatdırıb.

 Azərbaycan Prezidenti cənab İlham Əliyevin 1 mart 2018-ci il tarixli sərəncamı ilə ölkəmizin ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə  “Tərəqqi” medalı ilə təltif edilənlər arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının da olduğunu vurğulayıb və onlara təbriklərini ifadə edib.

Nazir bildirib ki, ölkəmizin əmək bazarında qadınların da iştirak səviyyəsi artmaqda davam edir. 2003-cü ilə nisbətən respublikamızda məşğul əhali tərkibində qadınların sayı ötən dövrdə 23,2 faiz artaraq cari ilin əvvəlinə 2 348 400 nəfərə çatıb. Diqqətə çatdırılıb ki, əmək fəaliyyəti ilə məşğul olan qadınların gələcək sosial təminat hüquqlarına malik olmaları üçün onların sosial sığorta sisteminə cəlb olunması istiqamətində də müvafiq işlər aparılır. Aktivlər təqdim olunmaqla ailə təsərrüfatları  yaradanların da 322 nəfərini qadınlar təşkil edib.

Qeyd edilib ki, hazırda əmək pensiyaçılarının 57,2 faizi, sosial müavinət və təqaüd alanların 40,5 faizə qədəri, nazirliyin xətti ilə Prezidentin təqaüdü ilə təmin olunanların isə 33,6 faizi  qadınlardır.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında