Kürdəmirdə Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Martın 7-də  rayonun  “Kürdəmir”  sarayında  8 Mart - Beynəlxalq Qadınlar  Günü  münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, müxtəlif  sahələrdə çalışan qadınlar, eləcə də  rayonda  yaşayan ağbirçəklər iştirak ediblər.

Bayram mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov bu əlamətdar gün münasibəti ilə tədbirə toplaşan qadınları və onların simasında rayonun bütün qadınlarını, analarını təbrik edib, onlara xoşbəxtlik və səadət arzulayıb.  O, öz çıxışında qeyd edib ki,  bu gün Azərbaycan qadınının səsi beynəlxalq təşkilatlardan, yüksək tribunalardan gəlir. Azərbaycan qadını bu gün ana, vətəndaş, siyasətçi olaraq nümunə göstərilir. Dünyada  siyasi  güclərin   hökm verdiyi  anlarda   qadın nəfəsinə, qadın xeyirxahlığına, ana məhəbbətinə daha çox ehtiyac duyulmağa başlanılıb. Azərbaycanda da qadınlar hakimiyyətin yüksək tribunalarında təmsil olunur. Qadın-vətəndaş, qadın-Millət Vəkili, qadın-siyasi nümunə, qadın-Vitse Prezident. Ötən il Azərbaycanda yeni siyasi idarəçilik üsulu - Vitse Prezidentlik institutu fəaliyyətə başladı.və ilk olaraq Birinci vitse-prezidenti, vəzifəsinə Millət vəkili, “YUNESKO”nun və “İSESKO”nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva təyin edildi. Mehriban xanım Əliyevanın timsalında biz Azərbaycan qadınının mərd və mübariz obrazını görürük. Gəlin bütün Kürdəmir ictimayəti adından yeni təyinatı münasibəti ilə Mehriban xanım Əliyevanı təbrik edək, bu şərəfli işində ona müvəffəqiyyətlər arzulayaq.Gənc siyasi lider Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırması, “Xocalıya ədalət” kompaniyası çərçivəsində torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizə, gənclərin həyat amalının təsdiqi Azərbaycançılıq məfkurəsinin zirvəsidir.Rayonumuzun həyatında da qadınlarımızın əməyi danılmazdır. Bütün sahələrdə qadınlar çalışır, əmək sərf edirlər. Rayonumuzda həyata keçirilən hər bir layihədə, hər bir tədbirdə qadınların fəal iştirakçılar olduğunun şahidi oluruq. Əminəm  ki,  cəmiyyət  qarşısında  öz  məsuliyyətini bütün dərinliyi ilə dərk edən Kürdəmir qadınları bundan sonra da  rayonumuzun  və  müstəqil  Respublikamızın  tərəqqisinə  böyük  töhfələr verəcəklər.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov tərəfindən rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə  bir qrup qadına Fəxri fərmanlar təqdim edilib.  Həmçinin, Azərbaycan  qadınlarına fəxri adların verilməsi haqqında Azərbaycan  Respublikası  Prezidentinin  6  mart  2018-ci  il  tarixli  Sərəncamına əsasən  Şixəliyeva  Elmira İmaməli qızını “Əməkdar müəllim” fəxri adı verilməsi münasibətilə təbrik edib.

Maraqlı keçən mərasimdə anaların, qadınların şərəfinə şeirlər, mahnılar səslənib. Tərtib olunmuş rəngarəng konsert proqramı qadınların məclisini daha da rövnəqlədirib.

Mərasim iştirakçıları ölkəmizdə qadınlara , analara göstərdikləri yüksək diqqət və qayğılara görə Respublika Prezidenti İlham Əliyev cənablarına və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

 

İlqar Həsənov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında